Polis nazirliyi mühasirəyə aldı

polis-nazirliyi-muhasireye-aldi
Oxunma sayı: 652

Məlumatda bildirilib ki, aksiyanı dindarlar orta təhsil müəssisələrində hicabın qadağan edilməsinə etiraz olaraq keçirəcəklər. “Faktxeber.com” saytı xəbər verir ki, sonradan yayılan informasiyalar bunun dezinformasiya olduğunu ortaya çıxarıb, aksiya təşəbbüsü təkzib edilib. Bununla belə, sayt polis əməkdaşlarının hazırda Təhsil Nazirliyinin binası qarşısını nəzarətə götürdüyünü, əraziyə post-patrul xidmətinin 10-a yaxın avtomobilinin gətirildiyini xəbər verir.

Mayın 6-da dindarlar Təhsil Nazirliyinin önündə orta məktəblərdəki hicab qadağasına etiraz olaraq aksiya keçirmişdilər. Həmin aksiyaya görə hazırda 15 nəfər həbsdədir. Onlar barəsində cinayət işi başlanıb.