Polis Netanyahunu korrupsiya işi ilə bağlı dindirir

Polis Netanyahunu korrupsiya işi ilə bağlı dindirir
Oxunma sayı: 451

İsrail polisi ilk dəfə olaraq baş nazir Binyamin Netanyahunu dindirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir yaxın ətrafındakı şəxslərin ölkənin ən iri telekommunikasiya şirkəti olan “Bezek”lə korrupsiya əlaqələrinə dair açılan cinayət işi çərçivəsində sorğu-sual ediləcək. 

Hökumət başçısı həmin iş üzrə fiqurant olmasa da, bunu şəxsən özünə qarşı təqibin davamı hesab edir. 

İstintaqçılar sübut etməyə çalışırlar ki, Netanyahunun xeyirxah fəaliyyətinin “Bezek”in tabeliyində olan məşhur xəbər portalı "Walla”da işıqlandırılması qarşılığında məmurlar həmin şirkətin maraqlarını qoruyublar. 

Dindirilmə baş nazirin Qüdsdəki rəsmi iqamətgahında aparılır və 4 saat davam edəcəyi gözlənilir. Qeyd edək ki, hökumət rəhbəri ilə yanaşı onun xanımı Sara Netanyahu da dindirilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi