Polis oğruları tutdu

polis-ogrulari-tutdu
Oxunma sayı: 982


İyulun 18-i saat 14:30 radələrində əvvəllər məhkum olunan Rüstəm Məmmədov və Leyla Niyazova N. İsmayılov küçəsində yerləşən marketdən parfümeriya əşyaları oğurladıqları ücün Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıblar.

İyulun 18-i saat 04:20 radələrində Y. Hüseynov küçəsində Naftalan şəhər sakini Elman Bayramov idarə etdiyi «Mercedes» markalı avtomaşının idarəetməsini itirərək yol kənarındakı divara vurub, nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Zaur Qarayev tutulub.

İyulun 18-i saat 07:30 radələrində İ. İsmayılov küçəsində Bakı şəhər sakini Səbuhi Əlixanovun idarə etdiyi «LADA» markalı avtomaşınla Qazax rayon sakini Elçin Mərdanovun idarə etdiyi «Daewoo» markalı avtobus toqquşub, nəticədə S. Əlixanov hadisə yerində ölüb, sərnişini Pərvanə Zöhrabova isə xəstəxanaya daxil olub.

İyulun 16-na keçən gecə V. Vəliyev küçəsində Qaçay Vəliyevə məxsus «Daewoo» markalı avtomaşından oğurluğa və M. Qafarov küçəsində Məsud Ağaverdiyevin idarə etdiyi «Daewoo» markalı avtobusu qacırmağa cəhd edən Bakı şəhər sakini Nicat Bağırov iyulun 18-də Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub və ondan 0,160 qram heroin aşkar olunaraq götürülüb.

Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Oktay Əliyev tutulub.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun İmanov və Şəmkir rayon sakini Ülfət Vəliyev iyulun 18-də tutulublar. Məlum olub ki, onlar iyulun 13-də Dənizkənarı küçəsində Tatyana Qədirovaya məxsus «KİA» markalı avtomaşından 100 manat və sənədlər, Hövsan qəsəbə çimərliyində Cəmilə Kərimovaya məxsus «Volksvagen Golf» markalı avtomaşından içərisində 220 manat və şəxsi sənəd olan çanta, iyulun 17-də yenə eyni çimərlikdə Eynur Osmanova məxsus «VAZ-2172» markalı avtomaşından 90 manat və geyim əşyaları oğurlayıblar.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sakini Qahir Alıyevdən 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.