Polis oğruları tutdu

polis-ogrulari-tutdu
Oxunma sayı: 1080


Fevralın 21-nə keçən gecə Xasməmmədov küçəsində yaşayan Etibar Hüseynova məxsus «VAZ-21043» markalı avtomobildən yük yerini sındırmaq yolu ilə maqnitofon və 2 ədəd səsgücləndirici oğurlanıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Tamiz Nikolayev, Tələt Nuruzadə və Şəhriyar Hüseynov tutulular. 

Fevralın 20-nə keçən gecə Şanqar qəsəbəsində yaşayan Cabir Qasımovun həyətindən 120 kiloqram mis qırıntıları oğurlanıb. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Vüsal Qədirov, Rusif Məmmədov və Qədir Behbudov tutulublar.

Fevralın 12-də Ramana qəsəbəsi Südçülük sovxozunda yaşayan Elçin Əliyevin evindən 500 manat və noutbuk, Əlizamin Əliyevin evindən isə 1000 manat oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əli Əmirov tutulub.

2013-cü il yanvarın 27-də və iyunun 17-dən 22-dək olan müddətdə Bakı şəhər sakini Məleykə Əhədzadəyə məxsus I Albalılıq bağ massivində yerləşən bağ evindən bir neçə ev əşyaları, dekabrın 11-də Aqşin Cəfərova məxsus II Albalılıq qəsəbəsində yerləən evdən mobil telefon və fotoaparat, bu il fevralın 14-nə keçən gecə Maştağa qəsəbəsi Savalan yaşayış massivində Əli Quliyevin evindən isə 1200 manat oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əkbər Hüseynov tutulub, oğurluqda şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Oktyabrın 5-i 2013-cü il tarixdə Maştağa qəsəbə sakini İlham Mustafayevə məxsus mağazanın kassasından 1800 manat oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İslam Babayev tutulub. 

Fevralın 15-də naməlum şəxs Babək rayon sakini Asim İsmayılovun etibarından sui istifadə edərək 80 manat alıb qaytarmayıb. Nəsimi RPİ-22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əfəndiyev tutulmuş və ondan 1 qramdan artıq heroin götürülüb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçidiyi əməliyyat-axtarış təbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əfqan Məmmədov tutulub.