Polis oğruları tutdu - Kriminal xəbərlər

polis-ogrulari-tutdu-kriminal-xeberler
Oxunma sayı: 685

İyunun 1-də Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Sədaqət Bağırova məxsus «VAZ-2106» markalı avtomobildən şüşəni sındırma yolu ilə şəxsi sənədlər oğurlanmışdır. Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Çingiz Səfxanov DİN ÇPA-nın əməkdaşları tərəfindən iyunun 12-də yaxalanaraq Nərimanov RPİ 17-ci PB-yə təhvil verilmişdir.

İyunun 3-nə keçən gecə Y.V.Çəmənzəminli küçəsində Bakı şəhər Anar Məmmədova məxsus «Hyundai» markalı avtomobildən şüşəni sındırma yolu ilə şəxsi sənədlər və gödəkçə oğurlanmışdır. Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Rüstəm Sadıqov DİN ÇPA-nın əməkdaşları tərəfindən iyunun 12-də yaxalanaraq Nərimanov RPİ 17-ci PB-yə təhvil verilmişdir.

Aprelin 19-na keçən gecə Zabrat qəsəbə sakini Mərdan Novruzova məxsus həmin qəsəbə Neftçilər küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 280 manat, audiopleyr və danışıq kartları oğurlanmışdır. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ceyhun Atakişiyev iyunun 11-də yaxalanmışdır.

Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Xalid İbrahimov iyunun 11-də tutulmuşdur.