Polis oğruları tutub – Kriminal xəbərlər

polis-ogrulari-tutub-kriminal-xeberler
Oxunma sayı: 694

Fevralın 23-ü saat 17 radələrində, Babək prospekti 9-un qarşısında Qəbələ rayon sakini Cavid Osmanov idarə etdiyi «MACK» markalı yük avtomobili ilə Bakı şəhər sakini Hacıbaba Muradovu vurmuş, piyada aldığı xəsarətdən xəstəxana ölüb.

Fevralın 22-nə keçən gecə Lökbatan qəsəbəsi V.Əsgərov küçəsində yaşayan Ramiz Ömərova məxsus «Mersedes» markalı avtomobildən açıq qapıdan daxil olma yolu ilə maqnitafon oğurlayan Cəlilabad rayon sakini Bəxtiyar Heydərov fevralın 23-də Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Fevralın 19-da S.Quliyev küçəsində yaşayan Çingiz Haqverdiyevin mənzilindən açıq qapıdan daxil olma yolu ilə 1600 manat oğurlayan Tərtər rayon sakini Afət Bəşirova fevralın 23-də Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Nəsimi RPİ PPXB və 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Gəncə şəhər sakini Aqil Kərimovdan 0,615 qram, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orlov Ruslan Konstantinoviçdən isə 0,527 qram heroin aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, onlar fevralın 23-ü saat 17 radələrində 1 saylı xətt avtobusunda Səidə Kərimovaya məxsus, içərisində 40 manat və sənədlər olan pul kisəsini oğurlayıblar.

Fevralın 22-si saat 18 radələrində Əmircan qəsəbəsi Ə.Qarayev küçəsində yaşayan Lamiyə Həsənovanın evindən qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Mətanət Fərzalıyeva fevralın 23-də Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.