Polis onları həbs etdi

polis-onlari-hebs-etdi
Oxunma sayı: 645

Noyabrın 24-də Parlament prospektində yerləşən MKX-da orada xadimə işləyən Bakı şəhər sakini Aytən Əzizovanın 211 manatı və qızıl-zinət əşyaları dolabdan oğurlanmışdır. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Emin Salamov noyabrın 26-da tutulub.

Noyabrın 26-na keçən gecə G.Şıxlınski küçəsində yaşayan İlham Nəsibova məxsus «VAZ-2103» markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə sükan və maqnitafon, G.Mehmandarov küçəsində yaşayan Bahadur Məhərrəmova məxsus «VAZ-2107» markalı avtomobildən səsgücləndiricilər, K.Kərimov küçəsində yaşayan Elmir İbrahimova məxsus «VAZ-2107» markalı avtomobildən arxa şüşə, səsgücləndiricilər və maqnitafon oğurlanaraq Bakı şəhər sakini Orxan Zeynalova məxsus «VAZ-2103» markalı avtomobilə yığılmışdır. Xətai RPİ CAŞ, PPXB, 35 və 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər O.Zeynalov, Bakı şəhər sakinləri Tahir Namazov və Rəvan Əhmədov tutulmuşdur. Müəyyən edilmişdir ki, onlar noyabrın 16-na keçən gecə A.Qərib küçəsində Bakı şəhər sakini Yaşar Quliyevə məxsus «VAZ-2106» markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə maqnitafon və səsgücləndiricilər oğurlayıblar.

Noyabrın 18-də naməlum şəxs Zərgərpalan küçəsində yaşayan Aliyə Mahmudzadənin mənzilinə açıq qapıdan daxil olmaqla oğurluğa cəhd edərkən ev sahibi ilə üzləşmiş, ona kəsici və küt alətlə xəsarət yetirərək qaçmışdır. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Allahverdiyev noyabrın 26-da tutulub.

Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Anar Əliyev noyabrın 26-da yaxalanıb.

Noyabrın 19-na keçən gecə A.Alı küçəsində yaşayan İlqar Qılıcova məxsus «Toyota Prado» markalı və noyabrın 25-nə keçən gecə Qasımov küçəsində yaşayan Həsən Mustafayevə məxsus «Leksus» markalı avtomobilin səs siqnalları oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Qurban Səfərov, İmişli rayon sakini Faiq Abdullayev yaxalanmış və digər iştirakçıların yaxalanması istiqamətində tədbirlər davam etdirilir. Müəyyən edilib ki, onlar noyabrın 19-na keçən gecə F.Xoyski küçəsində yaşayan Rauf Qasımova məxsus «Jeep» markalı avtomobildən də səs siqnalını oğurlamışdır.

Noyabrın 17-də R.Məmmədov küçəsində yaşayan Ülfət Kazımovun mənzilindən açıq qapıdan keçməklə 1900 manat, 1000 ABŞ dolları, videokamera, fotoaparat və qızıl üzük oğurlanıb. Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Səmədov noyabrın 26-da tutulub.

Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Səidə İmanova noyabrın 26-da yaxalanıb.