“Polis orada bu gün də var, sabah da olacaq” - - Video

polis-orada-bu-gun-de-var-sabah-da-olacaq-
Oxunma sayı: 3708

“Heç kimsənin ağaclar kəsilməsin deyə ortaya çıxaraq belə hərəkətlər etməyə haqqı yoxdur. Biz bunları çox yaşadıq. Müxalifətin qeyri-qanuni fəaliyyət göstərən təşkilatlarla birlikdə ortamda necə gərginlik yaratdığını gördük. İndi baxın, millətimə səslənirəm. Oynanan oyunu yaxşı görmələrini istəyirəm...

Burada bunu bildirmək istəyirəm. Polis orada dünən də vardı, bu gün də var, sabah da olacaq. Polis niyə var? Çünki sabah orada  fərqli bir şey olsa vətəndaş deyəcək ki, mənim təhlükəsizliyim necə olsun? Polis orada vəzifəsini yerinə yetirir.

Polis bibər qazını çox istifadə etmiş ola bilər. Ancaq bunu yerinə görə istifadə etmək lazımdır. Bizə tövsiyə verənlər öz ölkələrinə baxsınlar. Daxili işlər naziri və İstanbul valisinə təlimatlar verdim. Bütün görüntülər incələnərək lazımi addımlar atılacaq...

Mədəniyyət nazirinə söylədim, AKM-i də yıxmalıyıq. Çünki bu ərazi önəmli bir mərkəz olmalı, Taksimə gələn turstlər qürurlanmalıdır”.

Ərdoğan müxalifətin məsələni fərqli istiqamətlərə yönləndirildiyini, xaos yaratdığını və hadisələrə ideoloji don geyindirdiyini bildirib: “Biz hələ də adambaşına milli gəlirin 3500 dollar olduğu Türkiyədəmi yaşamaq istəyirsiz, yoxsa gəliri adambaşına 20 min dollar olan türkiyədə? Bunların zehniyyətinə baxsaq insanlar hələ də gecəqondularda yaşayar”.