Polis özünü vurdu

polis-ozunu-vurdu-
Oxunma sayı: 651

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu gün səhər təlim meydançasında Ağdam rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə müavini Allahverdi Haqverdiyevin əlindəki odlu silahdan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb.

Ağdam rayon prokurorunun köməkçisi, araşdırmaya rəhbərlik edən Babək Paşayev bildirib ki, bu gün səhər saat 09:00 radələrində təlim meydançasında atəş hazırlığı zamanı Haqverdiyevin əlindəki “Makarov” tipli tapançadan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb.

Polis zabiti Ağcabədidəki Sarıcalı hospitalına yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Prokuror köməkçisi bildirib ki, A. Haqverdiyevin həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.