Polis paytaxtdakı kriminallarla bağlı xəbər yaydı

polis-paytaxtdaki-kriminallarla-bagli-xeber-yaydi
Oxunma sayı: 642

İyulun 16-da Ü.Hacıbəyov küçəsində Bakı şəhər sakinləri Şirvan Məmmədov və Yusif Hacıyev Niyaz Həsənovun əlindən içərisində idman paltarı olan çantanı alıb qaçdığı üçün Səbail RPİ PPXB əməkdaşları tərəfindən tutulub və ərazi üzrə 39-cu PB-yə təhvil verilib.

İyulun 16-na keçən gecə Bakı şəhər sakini Zamiq Alıyevə məxsus Sarayevo küçəsində yerləşən mağazadan qapının kilidini sındırmaq yolu ilə 4 ədəd mobil telefon və yaddaş kartları oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Tağıyev iyulun 16-da yaxalanıb.

İyulun 15-i saat 23:50 radələrində Ramanı qəsəbəsi C.Cabbarlı küçəsində qəsəbə sakini Əliağa Cəbrayılov boğaz nahiyəsindən bıçaqla kəsilmiş xəsarətləri ilə 3 saylı xəstəxanaya gətirilib və orada ölüb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rafail Səhrayı iyulun 16-da saxlanılıb.

İyulun 12-də Bakı şəhər sakini Fuad Novruzova məxsus F.Yusifov küçəsində yerləşən sexdən açar seçmə yolu ilə 2300 manat oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Əliyev iyulun 16-da yaxalanıb.