Polis qanunsuz silahlar aşkar etdi

polis-qanunsuz-silahlar-askar-etdi
Oxunma sayı: 1034

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.