Polis qardaşını televizor pultu üstündə öldürənin məhkəməsi olub

polis-qardasini-televizor-pultu-ustunde-oldurenin-mehkemesi-olub
Oxunma sayı: 1561

Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizora baxan qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevi bıçaqlayaraq öldürüb. M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub. 

Televizora baxmaq üstündə mübahisə edən qardaşlar əlbəyaxa dava ediblər. Sonra isə mətbəxdən bıçaq götürən Əli qardaşını vurub və evdən qaçıb.

Murad Əhməd