Polis qız qaçıranları tutdu

polis-qiz-qaciranlari-tutdu
Oxunma sayı: 2879

Ağdaş rayonunda adam oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 12-də Ağdaş rayonunun Korarx kəndinin ərazisində rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə  cinayət işi başlanıb. R.Xəlilov və M.Mustafayev saxlanılıblar. RPŞ-də araşdırma aparılır.

Murad Əhməd