Polis rəhbərliyi din xadimləri ilə görüşdü

polis-rehberliyi-din-xadimleri-ile-gorusdu
Oxunma sayı: 2717

Xəzər rayon Polis İdarəsinin rəhbərliyi ilə rayonda fəaliyyət göstərən din xadimləri arasında görüş keçirilib.

Polis İdarəsindən “Qafqazinfo”ya verilən xəbərə görə, görüş zamanı Gəncə hadisələri və ölkədə baş verən son hadisələr müzakirə olunub.  Qızışdırıcı mövqe tutan radikalizm pislənib.

Qərara alınıb ki, bu istiqamətdə əhali arasında təbliğat, maarifləndirmə işləri aparılsın, dini radikalizm və separatizmin aşkarlanması üçün məqsədyönlü iş görülsün.