Polis Rusiya sərhədində oğurlandı

polis-rusiya-serhedinde-ogurlandi
Oxunma sayı: 715


“Qafqazinfo” anspress-ə istinadən məlumat verir ki, Estoniya xarici siyasət idarəsi bildirib ki, hadisə ölkənin cənub-şərqində Luxamaa sərhəd məntəqəsinin yaxınlığında olub.

Rusiya ərazisindən gələn naməlumlar xidməti vəzifəsini yerinə yetirən təhlükəsizlik polisinin əməkdaşını oğurlayıblar.

"Rusiyadan Estoniya vətəndaşının azad edilməsi üçün hərtərəfli kömək və əməkdaşlıq gözləyirik", - deyə xarici işlər naziri Urmas Paet deyib.

Rusiya tərəfi hələ bu hadisə haqqında fikir bildirməyib.