Polis Şöbəsi məktəbə su çəkdirdi

polis-sobesi-mektebe-su-cekdirdi
Oxunma sayı: 2964

Ağdaşın Yuxarı Ləki kənd sakinləri su problemlərinin həlli üçün polisə müraciət ediblər.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, bir müddət əvvəl rayonun Yuxarı Ləki kəndində keçirilən görüş zamanı kənd məktəbində içməli suyun olmaması barədə valideynlər RPŞ rəhbərliyinə müraciət ediblər. Həmin məsələ dərhal nəzarətə götürülüb və bu problemin aradan qaldırılması üçün RPŞ-nin və rayonda yerləşən digər aidiyyatı qurumların rəhbərliyi tərəfindən müvafiq işlər görülüb.

Görülmüş işlərin nəticəsi olaraq Yuxarı Ləki kənd məktəbinə su xətti çəkilib və içməli suyun verilməsi təmin olunub.