Polis söyüşə görə azərbaycanlını güllələdi - Təfərrüat

polis-soyuse-gore-azerbaycanlini-gulleledi-teferruat
Oxunma sayı: 641

İlkin məlumata görə, polis binanın girişində səs-küy və söyüşlər eşidərək, mənzilindən çıxıb. Orada mübahisə edən Azərbaycan vətəndaşı olan qonşularını görüb.

Qonşular polisin xəbərdarlığına məhəl qoymayıblar, əksinə mübahisə edənlər daha da qızışaraq, polisin üstünə gediblər. Nəticədə polis travmatik silahdan atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”ya sözügedən hadisə ilə bağlı bəzi məlumatlar daxil olub. Həmin gün İjevskidə yaşayan 46 yaşlı azərbaycanlını qızının ad günü imiş. Mərasim olduğu üçün evdə təxminən 10-15 nəfər qonaq varmış. Səs-küy, musiqi səsi qonşuda yaşayan polisi narahat edib. Polis onlardan sakit olmağı tələb edib.

Qonaqlardan iki nəfər polisini iradını həzm edə bilməyib. Bu zaman polislə qonaqlar arasıdna qarşıdurma yaranıb. Polisin evində tapança olub. Həmin tapança ilə qonaqlara atəş açıb. Ev sahibi isə ölüb.

Qeyd edək ki, polisin öldürdüyü azərbaycanlının doğum günü kecirdiyi qız öz qızı deyilmiş O, həmin qızı uşaq evindən övladlığa götürüb.

Faktla bağlı cinayət işi açılıb.