Polis təyyarədə partlayışın qarşısını alıb - Ştutqartda

Polis təyyarədə partlayışın qarşısını alıb
Oxunma sayı: 60

Almaniya polisi Ştutqart hava limanında terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Stuttgarter Zeitung” nəşri təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

İlkin məlumata görə, saxlanılanlar Ştutqartdan Bolqarıstana uçan təyyarəni partlatmağı planlaşdırıblar. Onların yaşı və milli mənsubiyyətləri barədə də heç bir məlumat verilmir. Artıq “Bulgaria Air” şirkətinə məxsus təyyarədəki insanlar təxliyyə edilib və yoxlama aparılıb.

Təyyarənin göyərtəsində 180 sərnişin olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi