Polis tövləni yandıranı saxladı

polis-tovleni-yandirani-saxladi
Oxunma sayı: 696

Dekabrın 8-də gecə saatlarında Quba rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.

Dindirilmə zamanı F.Ağamirzəyev törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olduğunu bildirən F. Ağamirzəyev, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istədiyini əlavə edib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.