Polis və etirazçılar arasında qanlı toqquşma - 30 ölü

polis-ve-etirazcilar-arasinda-qanli-toqqusma
Oxunma sayı: 3577

Nikaraquada hökumət əleyhinə olan etirazlar zamanı polis və nümayişçilər arasında toqquşma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Prensa” qəzeti məlumat yayıb.

Məlumata əsasən, aksiyalar zamanı 30 nəfər həlak olub. Onlarla etirazçı isə xəsarət alıb. Ölənlər arasında 1 jurnalistin olduğu da qeyd edilib.

Ölkədə etiraz aksiyaları artıq 5-ci gündür davam edir. Buna hökumətin sosial sığorta sahəsində apardığı dəyişikliklər səbəb olub.