Polis “Ya Allah” deyən yəhudini güllələdi

polis-ya-allah-deyen-yehudini-gulleledi
Oxunma sayı: 1715


“Qafqazinfo”nun “İslaminsesi.az”a istinadən verdiyi məlumata görə, Qüdsdəki Məbəd dağının qərb tərəfində yerləşmiş “Ağlama divarı” qarşısında İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşı “Allahu əkbər” deyə şüar verən bir kişini güllələyərək qətlə yetirib. 

Mühafizə işçisi həmin şəxsin əlini cibinə aparmasını təhdid kimi qəbul edib. Bu səbəbdən də ona bir neçə dəfə atəş açıb. Mühafizəçi-polis qətlə yetirilən şəxsin fələstinli terrorçu ərəb olduğunu zənn edib, lakin sonradan onun yəhudi olduğu məlum olub. Öldürülən şəxs konkret ünvanı olmayan, "Ağlama divarı" ətrafında gəzərək acıq və nifrətlə qışqıran, küfr edən qəribə insan kimi təqdim edilib.

 “Allahu əkbər” şüarı verən yəhudini güllələyib qətlə yetirən isralli polis əməkdaşı ifadə vermək üçün saxlanılıb. Məhkəmə təhlükəsizlik əməkdaşının 3 günlük həbsdə saxlanmasına qərar verib.

İlkin məlumatlara görə, saxlanılan polis əməkdaşı ifadə verməkdən imtina edib.