Polisdən yanacaq oğurlayan dəstəyə qarşı əməliyyat - 5 ölü

polisden-yanacaq-ogurlayan-desteye-qarsi-emeliyyat
Oxunma sayı: 637

Meksikada təhülkəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 5 cinayətkar öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, öldürülənlərin hamısı yanacaq oğurluğu ilə məşğul olan “Bukanas” dəstəsinin üzvləridir.

Məlumata görə, son günlərdə dəstənin 9 üzvü hüquq-mühafizə orqanları tərəfindən məhv edilib.

Pemex neft şirkətin prezidenti bildirib ki, Meksikada dəstə qanunsuz yolla ildə 1,1 milyard dollarlıq neft əldə edir.