Polisə virtual hücumlar...

Polisə virtual hücumlar...
Oxunma sayı: 2178

Sosial şəbəkələrdə ayrı-ayrı qrup və səhifələrdə polisin fəaliyyətinə kölgə salan köhnə fotoşəkillərdən, videolardan istifadə olunur. Məqsədləri var. Göstərilir ki, bax ha, səni də çəkib yayarıq: bizə toxunma, dəymə, imkan ver bildiyimizi edək...

Açıq-aşkar görünür ki, polisə qarşı virtual hücumlarla bağlı siyasi sifariş var. Bunu diqtə edən maraqlı tərəflər var. Onlar istəyir ki, polis ictimai qaydanın mühafizəsində neytral qalsın, öz vəzifələrini yerinə yetirməkdən çəkinsin, başqa sözlə, video-şantaj “obrazı” olmaqdan yayınsın. Deyək ki, belə hal yoxdur. Yaxşı, qəbul edək, bəs onda bu qədər həyəcanla, həvəslə “stəkanda fırtına” yaratmaq cəhdlərinə olan bu maraq hardandır? Niyyət çox aydın görünür: polislə cəmiyyət arasında inamsızlıq yaransın!

Aydınlaşdıraq. Məsələn, inqilab dalğası ilə bəzi ərəb ölkələrinin viran qalan xarabalıqlarına səbəb də elə internet resurslarında saxta kadr və məlumatların nümayişi oldu. Daxili inamsızlıq yaradılmaqla, vətəndaş cəmiyyətində dövlət nümayəndələrinə nifrət aşılandı. Adına demokratiya, söz azadlığı dedikləri bu xaos nəticəsində ölkə vətəndaşları Avropanın başqa-başqa cəmiyyətlərində arzuolunmaz mühacirlərə çevriliblər. 

Yaşadığı ölkəni yox, hətta, yaşadığı qitəni tərk edən mühacirlərdən biri danışır:

“Bizə “Ferrari” sürən gəncləri, vətəndaşı döyən polisi, işləməyən dilənçini, tufeyli həyat tərzi sürən insanları göstərdilər. Eyforiyaya qapıldıq. Dedilər ki, dəstəklədiyiniz hakimiyyət sizi talayır, onlar sizi məhvə məhkum edir. İnandıq. Xüsusən axşam saatlarında, işdən sonra populyarlaşdırmağa çalışılan saxta kadrlarla bağlı yazılan şərhlərdə olan fikirlər hansısa düşmən mövqeyli adamın düşüncəsindən fərqlənmirdi. Hətta ictimai qaydaya məhəl qoymayan personajlar tapılaraq əsl "qəhrəman” kimi təqdim olunurdu. O, “qəhrəman”ların dilindən deyilənlərə inandıq... baxmayaraq ki, yalan idi... nəticə isə göz önündədir... sürünürük...”

Heç nə təsadüfdən baş vermir. Ona görə hadisələrdən nəticə çıxarmağa, ibrət götürməyə xeyli president, təcrübə var. Niyyəti və əməli daha çox ölkəmizdə daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman dövlət nümayəndələrinin, xüsusilə polisin nüfuzunu zədələmək sifarişli senaridir. Məsəl var, deyir ki, kimdən öyrəndin? Deyir, gözü çıxmış qardaşımdan...

“Gözü çıxmış”ların məşəqqətli həyatı, dənizlərdə boğulan körpələrin ölümü əslində virtual müharibənin təsdiq həqiqətləridir. 

Ancaq trollar yorulmadan mövzunu eninə-uzununa müzakirədən xüsusi zövq alırlar. Sadəlövh şəkildə polisin nüfuzuna xələl gətirmək üçün iddialar edirlər, etikanın bütün sərhədlərini aşırlar. 

Elşad Hacızadə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi