Polisi təhqir edən sürücü saxlanıldı - Foto

polisi-tehqir-eden-surucu-saxlanildi
Oxunma sayı: 7179

Bakıda yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq barəsində tədbir görülməsi üçün aidiyyatı orqanlara təhvil verilib. 

Xatırladaq ki, ötən gün cərimənin yazılması ilə barışmayan taksi sürücüsü yol polisi əməkdaşını təhqir edib, o isə əvəzində susub. Videodan görünür ki, hadisə yerinə post patrul xidmətinin əməkdaşları dəvət edilib.