Polisin Arif Hacılıya təklifi

polisin-arif-haciliya-teklifi
Oxunma sayı: 647

“Azadlıq” radiosunun məlumatına görə, sentyabrın 14-ü Səbail Rayon Məhkəməsində şahid ifadəsi verən Nəsimi Rayon Polis İdarəsinin mayoru İbrahim İsmayılov İctimai Palatanın 2 aprel aksiyasında gördüklərini belə təsvir edib: “Arif Hacılı adamları aksiyaya cəlb edirdi. Ətrafdakı insanlar onlara qoşulurdular. Yoldan keçənlər aksiyaya dəstək verirdilər. Hətta maşınlardan yumruqlarını çıxardıb “biz sizinləyik” deyənlər də olurdu”.

Polis əməkdaşı Azər Məmmədov isə Arif Hacılını tutarkən onun ətrafında 50-dək aksiyaçı olduğunu, hətta balaca uşaqların da onun çağırışına qoşulduğunu bildirib. Arif Hacılı ona ətrafında 15 adam olduğunu təsdiqləyən fotoşəkil təqdim edəndə Azər Məmmədov razılaşmayaraq deyib : “Gəlin sizinlə gedək Mərkəzi Univermağın yanına. Oradan “istefa” qışqıra-qışqıra həbs olunduğunuz küçəyə qədər addımlayaq, görün sizə nə qədər adam qoşulacaq”.