Polisin saxladığı şəxsin üstündən silah çıxdı

polisin-saxladigi-sexsin-ustunden-silah-cixdi
Oxunma sayı: 1101

Sumqayıtda oğurluğa görə axtarışda olan Oqtay Şirinov saxlanılarkən üzərindən silah və patron aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, O.Şirinovun üzərindən kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkar edilib. 

Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib. O.Şirinov götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Murad Əhməd