Polisin tələb etdiyi kreslolar neçəyədir?

Polisin tələb etdiyi kreslolar neçəyədir?
Oxunma sayı: 5339

Dünən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərdə azyaşlıların daşınması zamanı xüsusi oturacaqlardan (avto kreslo) istifadə edilməməsinə görə sürücülərin cərimələnəcəyini açıqladı. Həmçinin, təhlükəsizlik məqsədi ilə arxa oturacaqlarda da “avto kreslo”ların istifadə edilməli olduğu bildirildi. Bundan sonra isə sosial şəbəkələrdə vətəndaşlar “avto kreslo”ların qiymətlərindən şikayətlənməyə başladılar.

Qafqazinfo” bununla bağlı kiçik araşdırma apararaq bazarda xüsusi oturacaqların hansı qiymətə satıldığını müəyyən edib.

Bəlli olub ki, yeni “kreslo”lar ın qiyməti 150-350 manat arası dəyişir.

Alqı-satqı saytlarında sürücülər işlənmiş oturacaqlar da təklif edirlər. Bu zaman isə qiymət “kreslo”nun vəziyyətindən asılı olaraq dəyişir. İkinci əl xüsusi oturacaqlar isə 40-100 manat qiymətə satılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi