Polislə bağlı şikayətlər ən çox bu rayonlardan olub

polisle-bagli-sikayetler-en-cox-bu-rayonlardan-olub
Oxunma sayı: 3469

Polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyil. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. 

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.

S. İsmayılovun sözlərinə görə, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının araşdırılması barədədir: “ Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olub”.

Günel Türksoy