Polislər də müxaliflərə dəstək verməyə başladı - Aksiya şiddətlənir

polisler-de-muxaliflere-destek-vermeye-basladi
Oxunma sayı: 2733

Venesuelada parlament sədri Xuan Quaidonun inqilaba cəhd edərək özünü prezident elan etməsindən sonra küçələrdə toqquşmalar davam edir.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, faktiki prezident Nikolas Maduronun tərəfdarlarının da küçələrə axışması ilə toqquşmalar şiddətlənib.

Bu arada, polis təşkilatının üzvləri də müxalif lider Quaidoya dəstək verdiklərini açıqlayıblar və aksiyalara qoşulublar.

Daxili İşlər Naziri Vladimir Padrino Lopez isə Maduronun yanında olduğunu elan edib.

Qeyd edək ki, toqquşmalar zamanı 6 nəfər ölüb.