Polislərin sayı 50 faiz artırılacaq - Antiterror bölməsinin rəhbəri

polislerin-sayi-50-faiz-artirilacaq
Oxunma sayı: 679

Böyük Britaniyanın Mançester şəhərindəki terror aktından sonra çimərliklərdə silahlı polislərin sayı artırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times” nəşri məlumat yayıb.

Skotland-Yard antiterror bölməsinin rəhbəri Mark Rouli bildirib ki, silahlı polislərin sayı 50% artırılacaq.

Qəzetin məlumatına görə, polislər ölkə çimərliklərində xüsusilə Blekpul və Skarboro şəhərlərində yerləşdirilib.

Qeyd edək ki, mayın 22-də “Mançester Arena” Ariana Qrandenin konserti zamanı terror aktı baş verib. İntiharçı-terrorçu Salman Abedinin özünü partlatması nəticəsində 12-si uşaq olmaqla 22 nəfər həlak olub.