Politoloq İranın Ermənistana dəstək verməsindən danışdı

politoloq-iranin-ermenistana-destek-vermesinden-danisdi
Oxunma sayı: 635

Bu sözləri “Qafqazinfo”ya Praqa Universitetinin əməkdaşı, politoloq Zamiq Məmmədli son günlər İranın Azərbaycana qarşı apardığı siyasi-ideoloji və terror siyasətini şərh edərkən bildirib.

“Heç kimə sirr deyil ki, Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə İran İslam Respublikası hər zaman Ermənistanın yanında olub, ona bütün sahələrdə dəstək verib, indi də bu siyasət və iqtidasi yardımlar davam etməkdədir. Ermənistanın dünyaya yeganə çıxışı yalnız İran vasitəsilədir”,-deyə politoloq qeyd edib.

Politoloq xüsusilə, 30 milyondan çox azərbaycanlının heç bir mədəni-siyasi hüquqlarını tanımayan İran Azərbaycan-İsrail münasibətlərini hər zaman tənqid etdiyini, buna mane olmağa çağırdığını bildirib.

“Amma özünün din qardaşı, tarixi və mədəni ortaq dəyərləri olan Azərbaycan Respublikasının müharibə vəziyyətində olduğu Ermənistanı hərtərəfli təhciz edir. Göründüyü kimi İran bir dini rejimin hakim olduğu dövlət kimi də riyakar siyasət yürüdür, aqressiv siyasəti ilə özünü dünyadan təcrid edir . İran kimi təhlükəli ölkələrlə çox ehtiyatlı və məsafəli münasibət saxlanmalıdır”,-deyə politoloq vurğulayıb.


Elnur Eltürk