Politoloqdan Ərdoğan və Trampın çıxışına şərh

politoloqdan-erdogan-ve-trampin-cixisina-serh
Oxunma sayı: 1831

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş nitq söyləyib.

“Qafqazinfo” xəbər verir ki, politoloq Elxan Şahinoğlu hər iki prezidentin çıxışını şərh edib.

O, Trampın BMT tribunasından dünyaya “Amerika dünya dövlətlərinin dərdini çəkməyəcək” mesajını verdiyini bidirib:

“Çıxışının əsas leytmotivi seçkiqabağı şüarını təkrarlayırdı: “Birinci növbədə Amerika!” Yəni mesaj verdi ki, kimsəyə pul verməyəcək, vergi güzəştləri olmayacaq, borcu olanlardan pulu zorla alacaq və s. Trampın çıxışında o da bəlli oldu ki, Amerikanın dostları azdır. Dostlar siyahısında İsrail, Polşa, Səudiyyə Ərəbistanı və İordaniyanın adı çəkildi. Trampın başqaları ilə hesabı var, içərisində Almaniya da var”.

E.Şahinoğlu Tramp “İordaniya Suriyadan milyonlarla qaçqın qəbul edib” deyərək Türkiyənin adını çəkməməsini təəccüblə qarşılayıb və Türkiyə İordaniyadan daha çox suriyalı qaçqın qəbul etdiyini vurğulayıb.

Politoloq sözlərinə əlavə edib ki, Ərdoğan yenə illərdir təkrarladığı “Dünya 5 dövlətdən böyükdür!” fikrini söyləməklə demək istəyir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artmalıdır və içərisində Türkiyə də olmalıdır:

“Yaxşı və haqlı arzudur. Ancaq yaxın zamanlarda reallaşacağı problematikdir. Çünki, Ərdoğanın nəzərdə tutduğu “beşlərə” altıncı, yeddinci və səkkizinci lazım deyil”.