Polkovnik bəraət istəyir

Polkovnik bəraət istəyir
Oxunma sayı: 1019

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, eyni zamanda M.Əsgərovun cinayət işi üzrə zərərçəkmiş Vidadi Əzizov da hökmdən narazı qalıb. O, polkovnikin cəzasının ağırlaşdırılmasını və M.Əsgərova qarşı 193 min manatlıq, dövlətə qarşı isə 1,2 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

M.Əsgərov da şikayətində ona bəraət verilməsini xahiş edib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır.

Mirəziz Əsgərov zərərçəkmiş Vidadi Əzizovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi