Polkovnik damarlarını niyə doğradı?

polkovnik-damarlarini-niye-dogradi
Oxunma sayı: 978

“Qafqazinfo” Hərbi Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər veriri ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, polkovnik-leytenant Mehman Musayevin ölüm faktı ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla meyitin daxili və xarici müayinəsi həyata keçirilib və müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ölüm hadisəsı şənbə günü səhər saatlarında qeydə alınıb.