Polkovnik rütbəsindən məhrum olunacaq - Prokuror iş istədi

polkovnik-rutbesinden-mehrum-olunacaq
Oxunma sayı: 667

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək V.Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və hərbi rütbədən azad olunmasını istəyib.

Məhkəmə prosesi mayın 22-də davam etdiriləcək.

Murad Əhməd