Polkovnikə daha bir cinayət işi açıldı

Polkovnikə daha bir cinayət işi açıldı
Oxunma sayı: 2619

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü “FHN polkovniki” kimi təqdim edərək dələduzluq edən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesə polkovnik gətirilməyib. O barəsində başqa bir dələduzluq faktına görə cinayət işi başladılıb və işə Nəsimi rayon məhkəməsində baxılır. 

Buna görə də proses sentyabrın 12-nə təxirə salınıb.

Qeyd edək ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. Polkovnik zərərçəkmişlərdən 670 min manat alıb qaytarmayıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi