Polşa ABŞ-dan 414 milyon dollara raket qurğuları alır

polsa-abs-dan-414-milyon-dollara-raket-qurgulari-alir
Oxunma sayı: 820

Polşa ABŞ-dan dəyəri 414 milyon dollar olan raket qurğuları alır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın Milli müdafiə naziri Mariuş Blaşak məlumat verib.

Həmin məbləğə Varşava 300 kilometrədək məsafədə hədəfi vura bilən 20 HIMARS (High Mobility Advanced Rocket System) raket qurğusu əldə edəcək. 

Nazirin sözlərinə görə, bununla bağlı ABŞ hökuməti ilə müqavilə çərşənbə günü imzalanacaq. Blaşak həmin silahların Polşa ordusunun döyüş imkanlarını artıracağını vurğulayıb.