Polşa ABŞ-ın hərbi bazası üçün milyardlar ayırmağa hazırdır

polsa-abs-in-herbi-bazasi-ucun-milyardlar-ayirmaga-hazirdir
Oxunma sayı: 919

Polşa prezidenti Ancey Duda ABŞ-ın ölkədə daimi hərbi bazasının yaradılması üçün 2 milyard dollar vəsait ayırmağa hazır olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu vəsait hərbi baza üçün lazım olan yerin tikintisinə sərf ediləcək. Digər xərcləri isə Amerika özü qarşılamalıdır.

“Biz artıq çoxdan elan etmişik ki, Amerika əsgərlərinin yerləşdiriləcəyi hərbi bazanın ərazisinin hazırlanması üçün maliyyə vəzifəsini üzərimizə götürürük”, - deyə Duda bildirib. 

ABŞ prezidenti Donald Tramp isə Polşa hökumətinin bu xahişini dəyərləndirəcəyini bildirib.