Polşa prezidenti Azərbaycana rəsmi səfərə gəlib

polsa-prezidenti-azerbaycana-resmi-sefere-gelib
Oxunma sayı: 1351

Polşa Prezidenti Andjey Duda mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Andjey Dudanı hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.