Polşa vətəndaşı Şəkidə qəzaya düşdü

polsa-vetendasi-sekide-qezaya-dusdu
Oxunma sayı: 1390

Şəkidə minik avtomobili ilə motosiklet toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib. 

İlkin məlumatlara görə, “Moskviç” və motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Polşa vətəndaşı olan Daniel Mateus yaralanıb.

Yaralı Şəki rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov