Polşada aviaşouda təyyarə suya düşdü, pilot öldü - Video

polsada-aviasouda-teyyare-suya-dusdu-pilot-oldu
Oxunma sayı: 1521

Polşada aviaşou zamanı faciə baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə gözlənilmədən çaya düşüb. Hadisə nəticəsində hava gəmisinin pilotu dünyasını dəyişib.

Məlumata görə, mərhumun 60 yaşı var idi. Onun aviaşouda iştirak etmək üçün Almaniyadan gəldiyi deyilir.

Qeyd edək ki, məlum hadisəyə görə aviaşou dayandırılıb.