Polşada cütlük taksi sürücüsünü gülə-gülə soydu - Video

polsada-cutluk-taksi-surucusunu-gule-gule-soydu
Oxunma sayı: 2457

Polşanın paytaxtı Varşavada yeniyetmə cütlük taksi sürücüsünü qorxudaraq soyğunçuluq edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sürücünün maşına yerləşdirdiyi təhlükəsizlik kamerasına yansıyıb. 

Görüntüdə oğlanın sürücünün boynuna bıçaq dirəyərək pulları aldığı və arxa oturacaqda əyləşmiş qızın onlara baxaraq gülümsədiyi əks olunub. 

Daha sonra taksi sürücüsü polisə müraciət edib və hadisə yerindən qaçan gənclər həbs olunub.