Polşada etiraz aksiyaları davam edir

polsada-etiraz-aksiyalari-davam-edir
Oxunma sayı: 694

Polşanın iri şəhərlərində kütləvi etiraz aksiyaları ikinci gündür davam edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyada iştirak edənlərin dəqiq sayı bilinmir.

Etirazçılar məhkəmə sisteminin islahatına qarşı etiraz edirlər.

Paytaxt Varşavada nümayişlər parlamentin binası və ölkənin Ali məhkəmənin önündə keçirilir. İştirakçılar hakim "Hüququ və ədalət" partiyasından konstitusiya və demokratik normalara riayət olunmasını tələb edir.