Polşada pis hava şəraitindən ölən və yaralananlar var

polsada-pis-hava-seraitinden-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1017

Polşada pis hava şəraiti xeyli insanın yaralanmasına və ölümünə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Polşada başlayan tufan zamanı ən azı 10 nəfər yaralanıb, 1 nəfər ölüb.

Ölkənin dövlət yanğından mühafizə xidmətinin mətbuat katibi Pavel Frantçakanın sözlərinə görə, güclü yağış, külək və dolu səbəbindən yanğınsöndürənlər 4400 dəfə köməyə gedib.

Aysel Kərimova