Polşada ticarət mərkəzinə hücum - Yaralılar var

polsada-ticaret-merkezine-hucum
Oxunma sayı: 964

Polşanın Stalova Vola şəhərində naməlum şəxs ticarət mərkəzində bıçaqla insanlara hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan 6-nın vəziyyətinin ağır olduğu bildirilib.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hələlik onun adı açıqlanmayıb.