Polşadan “Şimal axını-2” xəbərdarlığı

polsadan-simal-axini-2-xeberdarligi
Oxunma sayı: 2312

Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşən Polşa prezidenti Andrey Duda “Şimal axını-2” qaz boru kəməri layihəsinin reallaşmasının təhlükəli olduğunu bildirib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, o, bu layihənin baş tutacağı təqdirdə enerji sahəsində tək tədarükçünün hakimiyyətinə səbəb olacağı barədə narahatlığını ifadə edib.

Duda bu layhənin sadəcə iqtisadi deyil, həm də siyasi layihə olduğunu da vurğulayıb.

Qeyd edək ki, “Şimal axını-2” layihəsində Rusiyanın qazının Baltik dənizindən Almaniyaya çatdırılması nəzərdə tutulub.