“Polşalıları favorit sayıram” - “Qəbələ”nin yeni transferi

polsalilari-favorit-sayiram
Oxunma sayı: 663

“Qəbələ”nin yeni transferi Xavier Ernandes açıqlama verib.

“Qafqazinfo”ya danışan ispan yarımmüdafiəçi Avropa Liqasının ikinci təsnifat mərhələsində “Dinamo” (Batumi) – “Yaqelloniya” cütünün qalibi ilə düşməklərini dəyərləndirib: 

“Polşa təmsilçisi haqqında məlumatım var. Onları cütün favoriti sayıram. “Dinamo” bizim üçün daha yaxşı rəqib olardı. Lakin polşalıların mərhələ keçəcəyini düşünürəm. Polşada oynadığım üçün onlar haqqında məlumatım var. Bu barədə nə məlumat lazım olsa, baş məşqçimizə verəcəm”.