Polşanın baş naziri istefa verdi

polsanin-bas-naziri-istefa-verdi
Oxunma sayı: 1270

Polşanın baş naziri Beata Şidlo istefa verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Polskie Radio” ölkənin hakim partiyası “Hüquq və Ədalət”dən olan nümayəndəyə istinadən məlumat yayıb. 

Mənbənin sözlərinə görə, B. Şidlonun yerinə baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetskinin namizədliyi irəli sürülüb.