Polşanın hərbi prokuroru özünü güllələdi

polsanin-herbi-prokuroru-ozunu-gulleledi
Oxunma sayı: 673

Mikolay Pşibıl 2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnmiş aviaqəza barədə mətbuata sızan məlumatlarla bağlı hərbi araşdırmaları dəstəkləyirdi. O, mətbuat konfransında prokurorluğun həmin aviaqəzanı araşdıran jurnalistlərin telefon danışığını dinləməsi ilə bağlı faktları təkzib edib. Sonra fasilə üçün jurnalistlərdən otağı tərk etməyi istəyib. Ardınca prokurorun kabinetindən atəş səsi eşidilib.

Hazırda xəstəxanada olan Mikolay Pşibılın vəziyytinin sabit olduğu bildirilir. Polşa prezidenti Bronislav Komorovski insidentlə bağlı narahatlığını ifadə edib və Milli Təhlükəsizlik Bürosunun rəhbərinə vəziyyəti araşdırmağı tapşırıb.

Xatırladaq ki, 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk vilayətində Polşa prezidentinin təyyarəsinin qəzaya uğraması nəticəsində Lex Kaçinski və xanımı, habelə 94 nəfər yüksək rütbəli məmur ölmüşdü.