Poluxov etimadnaməsini prezidentə təqdim edib

poluxov-etimadnamesini-prezidente-teqdim-edib
Oxunma sayı: 648

Cari ilin 26 iyun tarixində Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, etimadnaməni təqdim etdikdən sonra, Elxan Poluxov Azərbaycan Prezidenti, İlham Əliyevin səmimi salamlarını Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.

Mərasimin sonunda Səfir Elxan Poluxovla Braziliya Prezidenti Mişel Temer xatirə şəkli çəkdiriblər.